Səlim Müslümov fərdi qaydada qəbul keçirəcək
17 May 2016 13:03 SosialAzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00