"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinə dəyişiklik edilib
17 May 2016 12:47 Sosial"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında mayın 31-də II oxunuşa çıxarılacaq. Bu barədə açıqlama verən parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, sənəd Prezident Administrasiyasından daxil olub: "Qanun layihəsi komitə üzvlərinə paylanılıb. Mayın 18-də komitənin iclası olacaq, orada qanun layihəsinə əlaəv edilmiş dəyişiklər müzakirə olunacaq, deputatların fikirləri, tövsiyələri alınacaq".E.Quliyev bildirib ki, qanun layihəsinin əsas müddəları olduğu kimi qalıb, sadəcə bəzi xırda dəyişiklər olunub: "Dəyişiklərin qanunun mahiyyətinə təsiri yoxdur. Kooperatorlar üçün bu qanun layihəsi hüquqi bazadır". "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi kənd təsərrüfatı kooperasiyalarının formalaşdırılması və təşkili qaydalarını, kənd təsərrüfatı kooperasiyalarının yaradılmasının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.