İrəvanın maddi və mənəvi irsinə dair gənc tədqiqatçılar arasında konfrans keçiriləcək

Mayın 25-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və AMEA Tarix İnstitutunun elmi- təşkilati dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən "İrəvanın maddi və mənəvi irsi" mövzusunda gənc tədqiqatçıların elmi - praktik konfransı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, "İrəvanın maddi və mənəvi irsi" elmi - praktik konfransın keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun, ermənilər tərəfindən şəhərin məqsədyönlü şəkildə özününküləşdirilməsi yolunda apardığı vandal siyasətin araşdırılması, o cümlədən, maddi - mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğinə gənc tədqiqatçılar tərəfindən töhfə verməkdən ibarətdir. Bundan başqa məqsəd konfransın gənc iştirakçılarının diqqətini erməni təbliğat maşınının fəaliyyətinə qarşı mübarizənin vacibliyinə yönəltməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00