Sabah Bakıda 27, rayonlarda 32 dərəcəyədək isti olacaq
17 May 2016 12:06 SosialMayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16 , gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında gündüz əsas yağmursuz olacağı, lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq. Tibbi meteoroloiji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında müteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üşün əlverişlidir.