Uşaq evində sağlam həyat tərzi ilə bağlı təlim keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi tərəfindən "Ümid Yeri" uşaq evində sağlam həyat tərzi ilə bağlı təlim layihəsi baş tutub. Bu barədə ATGTİ-dən "Olaylar"a verilən məlumata görə, mərkəzin rəhbəri Türkan Nəsibova bildirmişdir ki, gənc təlimçilər 6-15 yaş arası uşaqlara sağlam həyat tərzi, gigiyena qaydaları , idman və onun faydaları haqqında ətraflı məlumat verib. Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzinin üzvü olan tələbələr tərəfindən keçirilən analoji təlimlərin digər uşaq evlərində də həmçinin keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00