Günəşdən qoruyucu krem - Özün hazırla VIDEO
16 May 2016 18:40 SosialYazın təhlükələrindən biri də günəş şüasının səbəb olduğu ləkələrdir. Bu ləkələr bir çox insanları kompleksə salır. Sizə təqdim edəcəyimiz krem resepti günəş süalarının ziyanlarından dərinizi qoruyacaq. Aloye gülünün bir neçə növü var. Bizə ətli, içi yapışqan kimi maye olan aloyedən istifadə etmək məsləhətdir.
Aloyenin 1 yarpağı 3-4 parçaya bölünür, üzərinə 1 stəkan zeytun, yaxud küncüt yağı tökülür, xırdalayıcıdan keçirilib krem halına salınır. Bunların üzərinə 1x.q düyü nişastası qatılır və qarışdırılır. Üzə çəkərkən yaxşı qoxu gəlsin deyə, yasəmən, lavanda kimi yağlardan birindən 2-3 damcı qatmaq olar. Əsas diqqət etmək lazımdır ki, gün ləkəsi yaradan yağ olmasın. Qarışdırıb böyük, uşaq fərq etməz, üzə çəkilir. Əsasən günə qarşı həssas olan dərilərə çəkilməsi məsləhətdir.