"Qorxduğumuz başımıza gəlir"

Ehtiyat etdiyimiz iş artıq baş verməkdədir. Axar.az bildirir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat xeyli müddətdir cəmiyyətdə müzakirə edilən gender probleminə toxunub:

"Uşaqların cinsini tibbi avadanlıqlar vasitəsi ilə müəyyənləşdirdikdən sonra ancaq oğlan olduqda saxlanılmasının ağır nəticələrə gətirib çıxaracağı barədə çox danışılıb. Son statistik məlumatlar artıq onun acısını yaşamağa başladığımızı göstərir. Bu gün Təhsil Nazirliyinin verdiyi məlumatda bildirilib ki, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərinin 9-cu siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010-u qız, 60207-si oğlandır. Eyni zamanda, bu il 11-ci sinifləri bitirəcək 89325 nəfərdən 39643-ü qız, 49682 nəfəri isə oğlandır. Bu isə o deməkdir ki, 5-10 ildən sonra ailə qurmaq istəyən oğlanlar artıq ölkəmizdə qız çatışmazlığı ilə üzləşəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00