DTX-nin Sabunçu rayon idarəsinin Nardaran bölməsi fəaliyyətə başlayıb
16 May 2016 17:16 SosialDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib. DTX-nin İctimai Əlaqələr Şöbəsindən APA-ya bildirilib ki, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir. "Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur" - deyə, məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00