Son 5 ildə Azərbaycanda 1500-1700 ürək qüsurlu uşaq əməliyyat olunub

"Bütün dünyada hər il 10 milyon nəfərə 1000-1200 ürək qüsurlu uşaq düşür. Azərbaycanda da bu rəqəmlər fərqli deyil və statistika elə dünyada olduğu kimidir. Azərbaycanda hər bir milyon əhalinin 8%-ni ürək qüsurlu uşaqlar təşkil edir. Ölkədə ildə 900-1200 arası ürək qüsurlu uşaq doğulur". Bunu  açıqlamasında akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Əliyev Yusif deyib. Onun sözlərinə görə, Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ildən bu vaxta kimi 1500-1700 ürək qüsurlu uşaq əməliyyat olunub. Y.Əliyev qeyd edib ki, bu gün 100-ə qədər uşaq hələ də əməliyyat olunmaq üçün növbəsini gözləyir: "Mərkəzdə aparılan ürək əməliyyatları bügünki fəaliyyətin 20%-ni təşkil edir. Əgər ildə 5 min əməliyyat aparılırsa, bunun təxminən mini ürək əməliyyatlarının payına düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00