Gəmiçilik işçilərinin peşəkarlıq səviyyəsi artırılır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində növbəti beynəlxalq treninqlər başlayıb. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan treninqlərin başlıca məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və fəaliyyətin beynəlxalq tələblərə uyğun qurulmasıdır. 16-18 may tarixlərində keçiriləcək birinci təlim "Tankerlərin İdarəedilməsi sistemi üzrə qiymətləndirmə proqramı"nı əhatə edir. Bu proqram ilk dəfə 2004-cü ildə Neft Şirkətlərinin Beynəlxalq Dənizçilik Forumunda gəmi operatorlarına onların təhlükəsizlik idarəetmə sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təqdim olunub. 12 əsas elementdən ibarət proqram özündə sənaye keyfiyyət standartlarını birləşdirərək, tanker operatorlarının davamlı inkişaf prinsiplərini əks etdirir. Donanmanın istismarı, dəniz üzgüçülüyünün təhlükəsizliyi, KSƏTƏMM və insan resurslarının idarə edilməsi sahələrində çalışan mütəxəssislər bu təlimlərdə yeni biliklərə və vərdişlərə yiyələnəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00