Bakı Dağıstanla siyasi əlaqələrdə maraqlı olsa da, bu bölgəyə investisiya qoymağa tələsmir

Çünki, Dağıstan Rusiyanın hələ də ən təhlükəli bölgəsidir

"Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Azərbaycanın Dağıstana yatırım qoymasına, birgə müəssisələr açılmasına və ümumiyyətlə iqtisadi-ticarət mübadiləsinin artmasına çalışır. Elə Ramazan Abdulatipovun Bakıya səfərinin əsas qayəsini məhz bu mövzular təşkil edirdi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, Dağıstanı Azərbaycana bağlayan tellər az deyil. Ancaq rəsmi Bakı Dağıstanla siyasi əlaqələrdə maraqlı olsa da, bu bölgəyə investisiya qoymağa tələsmir: "Çünki, Dağıstan Rusiyanın hələ də ən təhlükəli bölgəsidir, iqtisadi risqlər çoxdur. O cümlədən Dağıstanda geniş yayılan korrupsiya da biznesi bu bölgəyə həvəsləndirmir. Əlbəttə, əgər Moskva kənd təssərrüfatı mallarına qoyduğu müxtəlif qadağaları ortadan qaldırsa, Azərbaycan Dağıstan üzərindən qonşu dövlətə daha çox mal ixrac edə bilər. Bu məqsədlə Dağıstanda lojistik mərkəzlərin yaradılması da aktuallaşar. Ancaq bunun üçün Rusiyada xüsusi çəkisi olan Ramazan Abdulatipovun Moskva kabinetlətlərindəki məmurlara təsir etməsi lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00