Gənc mütəxəssislər üçün seminar keçirilib

"Azneft" İstehsalat Birliyində "Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı" çərçivəsində növbəti seminar keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlindən start götürmüş Proqram silsilə seminarlar vasitəsilə həyata keçirilir və İstehsalat Birliyində çalışan gənc mütəxəssislərə müasir idarəetmə üsullarını öyrətməklə yanaşı, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərir. "Azneft" İB-də savadlı, mütəşəkkil iş keyfiyyətlərinə, müasir potensiala malik gənclərin irəli çəkilməsi daim diqqət mərkəzindədir. Gənclərə potensial imkanlarını realizə edə bilmələri üçün imkanlar yaradılır. Seminarda "Azərbaycanın quru-dəniz sahələri üzrə axtarış-kəşfiyyat işlərinin istiqamətləri", "Quyularda izolə işləri" və "Quyularda qəzaların ləğv edilməsi üçün işlənmiş yeni texnika, texnologiyalar və perspektiv istiqamətlər" mövzularında mühazirələr dinlənilib. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılmış, geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00