Bakıda sürücülər ölümdən döndülər - Biabırçı olay
16 May 2016 14:43 SosialSosial şəbəkələrdə məhşur olan "Hamam Times" səhifəsində maraqlı foto yayılıb. Fotodan da göründüyü kimi, dünən Nobel prospektində sürücülərin həyatları təhlükə qarşısında qalıb və faciənin bir addımlığında olublar. Avtosfer.az bildirir ki, fotonu yayanlar bildirib ki, svetoforun yaşıl işığı yandığı halda heç bir siqnal verilmədən qəflətən yola qatar çıxıb. Təsadüfən həmin vaxt sözügedən ərazidə nəqliyyat vasitələrinin intensivliyi müşahidə edilməyib. Yola heç bir xəbərdarlıqsız çıxan qatarı uzaqdan görən sürücülər maşını saxlayaraq ona yol veriblər. Belə halın bundan əvvəl də bir neçə dəfə təkrar olunduğu bildirilir. Fotonu yayanlar maraqlı və əsaslı sual da verib: Belə halda qəza baş versə, kimdir günahkar?
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00