Gənclərdə ekoloji mədəniyyət formalaşdırılacaq

"Karvan" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək" layihəsinin icrasına start verib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihənin məqsədi gənclərdə "Hamının olsa da -bizimdir!" fikrini formalaşdırmaqdır. "Karvan" layihə çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşdırılmasına çalışmaqla ekoloji durumun yaxşılaşdırılmasına nail olmaq vəzifəsini icra edəcək. Layihə Gəncə şəhəri ərazisində yerləşən əsasən 14-28 yaşlı gənclər arasında 3 ay ərzində həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00