Sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü barədə tədbirlər görüləcək
Məsələ aidiyyatı qurumlar qarşısında qaldırılacaq
16 May 2016 13:50 SosialBakı Nəqliyyat Agentliyi tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir. "OLAYLAR"-ın Agentliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görəı, qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair qurum tərəfindən xəbərdarlıq edilib. Ancaq bu heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Məlumatda bildirilib ki, sükanı idarə edən birbaşa aidiyyatı şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq.