Erməni yalanlarına qarşı mübarizə aparılır
16 May 2016 12:00 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyinin, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət" layihəsinin icrasına başlanıb. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin məqsədi erməni yalanlarının qarşısınıalmaqdır: "Son vaxtlar erməni lobbisi tərəfindən dünya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Faciə bundadır ki, dünya miqyasında Azərbaycanın yaxın və uzaq tarixi, Qarabağ həqiqətləri və həmçinin mədəni abidələri, milli mahnı və çalğı allətləri ermənilər tərəfindən saxtalaşdırılaraq özününküləşdirmək istiqamətində təbliğat aparılır. Buna da çox vaxt xarici ölkələrdə tarixçilərdən fərqli olaraq sadə vətəndaşlar inanmalı olurlar. Bunun qarşısını almaq üçün işğal altında olan torpaqlarımızın ermənilər tərəfindən özününküləşdirilməsinə son qoymaq, bu ərazilərin guya Ermənistana məxsus olduğunu "sübut" edən "erməni həqiqətlərini" ifşa etmək və bunun qarşısını almaq üçün əks-hücum kampaniyasına start verilməli, erməni yalanları ifşa edilməli, Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri Beynəlxalq aləmdə yayılaraq həqiqət bərpa olunmalıdır. Buna görə də, ilk növbədə əhali arasında virtual mübarizə aparılmalı, dünya ictimaiyyətinə əsil həqiqət çatdırılmalı, Dağlıq Qarabağ haqqında ermənilərin uydurduğu yalan stereotipi dağıdılmalıdır. Bunun üçün elektron internet veb səhifələrinin axtarış sistemlərində Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən məlumatlar çoxaldılaraq geniş yayılmalıdır".