Beynəlxalq təhsil layihəsinə yekun vurulur
16 May 2016 11:47 SosialMayın 17-də "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" adlı Beynəlxalq Təhsil layihəsinin növbəti 2016-cı il mövsümünün baglanış və qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumundan daxil olub. Bildirilib ki, tədbir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə baş tutacaq. Mərasimdə təşkilatçı qurumlardan əlavə İƏT-ə üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələri, dövlət və ali təhsil qurumları nümayəndələri, millət vəkilləri də iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00