Paytaxt yollarında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Mayın 17-dən etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işlərinə start verilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ilk olaraq sözügedən işlərə Zaqulba prospektində başlanılır. Sözügedən prospektin hər iki istiqaməti üzrə aparılacaq rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq Rəngləmə işləri axşam saatlarınadək davam edəcək. Axşam saat 23:00-dan etibarən isə yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə də hərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00