Zorlanmada ittiham edilən müəllim dərsə getmirmiş - RƏSMİ AÇIQLAMA
13 May 2016 17:43 SosialŞamaxı Rayon Təhsil Şöbəsi rayonun Pirbəhli kəndində baş verən hadisəyə rəmi münasibət bildirib. Milli.Az bildirir ki, Şamaxı Rayon Təhsil Şöbəsindən lent.az-a verilən məlumata görə, adı mətbuatda hallanan, şərti adı A.olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir. Şöbədən verilən məlumata görə, bu hadisədə adıçəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin "Ç" bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.