Yükdaşıma qiymətləri bahalaşıb
13 May 2016 16:30 Sosial2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8 faiz bahalaşıb. Statistika Komitəsindən verilən məlumata görə, cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma qiymətləri 4,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 5,5 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında 1,8 faiz ucuzlaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00