“Excelsior Hotel Baku"da PR mövzusunda təlim keçirilib

"Excelsior Hotel Baku" hotelində ali təhsil müəssisələrinin tələbələri üçün ictimaiyyətlə əlaqələr işinin qurulması mövzusunda təlim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas məqsəd və prinsipləri ilə tanış etməkdir. Təlimdə "Veysəloğlu" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov PR işinin məqsəd və prinsipləri, Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova Korporativ Sosial Məsuliyyət, Mədəniyyət və Turizm nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, "Mədəniyyət.az" jurnalının redaktoru Zöhrə Əliyeva jurnalist etikası , "AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə şirkətlərdə daxili kommunikasiyalar mövzuları üzrə təqdimatlar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00