Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
13 May 2016 16:25 SosialIV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib. GİN-dən "OLAYLAR"-a verilən məlumata görə, MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.
Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00