Natiq Əliyev TAP-ın təməlqoyma mərasimində iştirak edəcək

Energetika naziri Natiq Əliyev "Trans-Adriatik" (TAP) qaz boru kəmərinin mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Azərbaycanla yanaşı, Avropa İttifaqı və ABŞ rəsmiləri, Yunanıstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək vəzifəli şəxslərinin iştirakı da nəzərdə tutulub. İki saat davam edəcək tədbirdə nümayəndə heyətlərinin qısa çıxışlarının ardından, TAP-ın təməlinə qoyulacaq boru imzalanacaq. Bununla da "Cənub Qaz Dəhlizi"nin mühüm bir seqmentinin də reallaşmasına start veriləcək. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00