Akif Musayev və Elçin Məmmədov Qafqaz Universitetinin qonağı olublar
13 May 2016 15:51 SosialAzərbaycan Respublikası Vergilər Nazirliyinin, vergi siyasəti məsələləri üzrə müşaviri, AMEA -nın müxbir üzvü, professor Akif Musayev və Vergilər Nazirinin müşaviri Elçin Məmmədov Qafqaz Universitetinin qonağı oldular. Universitetin rektoru professor Ahmet Saniç qonaqları Universitetin maddi texniki bazası ilə tanış edərək, onlara hazırki işlər və gələcək prespektivlər haqqında geniş məlumat verdi. Daha sonra Universitetin professor - müəllim heyyəti və tələbələri üçün, professor Akif Musayev vergi siyasətinin strateji inkişaf istiqamətlərinin müəyyənləşməsi, vergi sahəsində mövcud qanunvericilik aktlarının monitorinqinin aparılması və təkmilləşdirilməsi, vergi mədəniyyətinin formalaşdırılması, vergi siyasəti sahəsində aparılan strateji araşdırmaların prioritet istiqamətlərinin müəyyənləşməsi və sair mövzularda "Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf" adlı seminar verdi. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç qonaqlara dərin təşəkkürün bildirərək, professor Akif Musayevə xatirə plaketi təqdim etdi.