Narkotik vasitələr aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda  İran İslam Respublikasından Azərbaycana piyada gələn 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş  1 ədəd  bükümdə, xalis çəkisi   1,16   qram olan narkotik vasitə tiryək  aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdrıma zamanı həmin  şəxsin  yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin  "Qoşa Təpə" gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin  şəxslər  gömrükçülərə Sumqayıtdan əldə etdikləri  marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna gəldikləri  və postun  qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını  bildiriblər. Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız  bükümdə narkotik maddə-marixuana olduğunu deyib.  Bundan sonra həmin  avtomobilə  Biləsuvar Gömrük İdarəsinin "Buç" ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə  narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi  xalis çəkisi 3,21 olan narkotik vasitə  qurudulmuş marixuana  aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00