Azərbaycanda DƏHŞƏTLİ QƏZAda ölən və yaralananların adları məlum olub

Astara rayonunda 2 nəfərin ölümü, 9 nəfərin yaranlanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub.
"Report"un məlumatına görə, 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, "Shacman" markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: "Bir neçə dəfə "tormuzu" basdım, "tormuz" tutmadı. Ona görə də maşını saxlaya bilmədim, maşın "Ford"la toqquşaraq aşdı".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00