Mədəniyyət və turizm naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək
13 May 2016 13:36 SosialMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən may ayının 20-də Ağstafa şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edəcək. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00