Türkiyədə Sabir Rüstəmxanlının 70 illik yibileyi qeyd ediləcə

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi Türkiyədə də qeyd olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Türk Dünyası Araşdırmalar Vəqfindən daxil olub. Bildirilib ki, İstanbul Büyükşehir Bələdiyyəsinin Mədəniyyət Mərkəzi ilə birlikdə keçiriləcək yubiley mərasimində Sabir Rüstəmxanlının özü də iştirak edəcək. Yubiley mərasimi mayın 14-də İstanbuldakı Fatih Mədəniyyət Mərkəzində baş tutacaq. Yubiley mərasimində iştirak etmək üçün Azərbaycandan da nümayəndə heyəti Türkiyəyə gedəcək. Gecədə Savalan Qrupu, müğənnilər5dən Ağadadaş Ağayev və Elçin Cəfərov xalq şairinin şerlərinə bəstələnmiş musiqilər ifa edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00