Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
13 May 2016 12:19 Sosial"Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı" və "Atbulaq", həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, saat 18:00-dək aparılacaq təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun, Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00