Fransa Sahibkarlar Təşkilatı “Azərsu” ASC-də görüş keçirib
13 May 2016 12:19 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Fransa Sahibkarlar Təşkilatı - MEDEF-ə üzv olan "SUEZ", "Sidem" və "İtron" şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya layihələri barədə məlumat vermiş, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb.: "Bu sahədə Fransa şirkətlərinin təcrübəsinə xüsusi önəm veririk. 2005-ci ildən etibarən Fransa hökuməti və şirkətləri Azərbaycanda içməli su və kanalizasiya layihələrində iştirak edir. 2006-2009-cu illərdə Fransa hökumətinin krediti hesabına Hövsan Aerasiya Stansiyasının yenidən qurulub. Kadr hazırlığı, sahəsində böyük təcrübəsi olan SUEZ şirkəti ilə 2014-cü ildə imzaladığımız Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilədən irəli gələn məsələlər uğurla icra olunmaqda və müsbət nəticələr verməkdədir. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra daha da genişlənərək yeni-yeni töhfələr verəcək". SUEZ şirkətinin beynəlxalq əlaqələr üzrə direktor müavini Mari Ange Debon təmsil etdiyi şirkətin "Azərsu" ASC ilə uğurlu əməkdaşlığından söz açıb. O, qeyd edib ki, 80 mindən çox işçisi olan SUEZ şirkəti dünyanın 70-dən çox ölkəsində yaşıllaşdırma, insan resurslarının idarəedilməsi, tullantıların emalı və təkrar istifadəsi və enerji resurslarının yaradılması layihələrini həyata keçirir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.