Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib
13 May 2016 11:49 SosialBeynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının (МАПРЯЛ) Rəyasət Heyətinin 22 aprel 2016-cı il tarixli qərarı ilə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru? professor Asif Hacıyev A.S.Puşkin medalı ilə təltif edilib. Assosiasiyanın və Rusiya Təhsil Akademiyasının Prezidenti akademik Lyudmila Verbitskayanın təbrik məktubunda professor A.Hacıyevin uzunmüddətli uğurlu elmi, pedaqoji və yaradıcı fəaliyyətinə, rus dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğatında və millətlərarası münasibətlərin güclənməsində əvəzolunmaz xidmətinə görə minnətdarlıq bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00