Azərbaycan alimi beynəlxalq simpoziumlarda məruzə edib
13 May 2016 11:39 SosialProfessor, millət vəkili Musa Qasımlı dünyanın ona yaxın ölkəsindən tarixçi-alimlərin iştirakı ilə İstanbul Universitetində keçirilən beynəlxalq elmi simpoziumda "Says-Piko sazişi imzalandıqdan sonra erməni təşkilatlarının fəaliyyətlərinə Antanta ölkələrinin və Osmanlı dövlətinin münasibəti (1916-cı il may - 1917-ci il fevral)", Bitlis Eren Universitetində keçirilən beynəlxalq elmi simpoziumda isə "Türkiyənin Avropa İttifaqına üzv olmaq üçün müraciət etməsi və SSRİ-nin uydurma erməni soyqırımı məsələsini gündəliyə gətirməsi (sovet mənbələri əsasında)" mövzularında məruzələr edib və bir iclasda sədr olub. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00