Astarada mikroavtobus yük maşını ilə toqquşub, dörd nəfər ölüb, yeddi nəfər xəsarət alıb
13 May 2016 10:38 SosialƏlət-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb. "Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00