Azərbaycanda ailə Strategiyası hazırlanır

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində "Azərbaycan ailəsi Strategiyası" hazırlanır. "Olaylar"-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova danışıb. H. Hüseynova bildirib ki, sənəd ölkədə ailə institutunun möhkəmlənməsinə səbəb olacaq: "Bu sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00