Erkən nikahlar ailədə problemlər yaradır
12 May 2016 16:49 SosialAzərbaycanda erkən nikahlar ailələrdə problemlərə səbəb olur. "Olaylar" xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova jurnalistlərə açıqlama verərkən deyib. Ombudsman bildirib edib ki, bu problem həmin ailələrin möhkəmlənməsinə mane olur: "Azərbaycanda valideynlər övladlarını erkən nikaha məcbur edir. Bu, yolverilməzdir. Bu, həmçinin ailələrdə münaqişələrə də səbəb olur. İnsanların hüququnu pozmaq olmaz. Heç kəs ailə qurmağa məcbur edilməməlidir. Bu problemin aradan qaldırılması üçün ailələr də səy göstərməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00