"Son Zəng" məzunlara neçəyə başa gəlir?

Bu il də orta məktəbi bitirən şagirdlər xeyli həcmdə pul xərcləməli olacaqlar. Çünki, on bir il arzusunda olduqları "son zəng"i qeyd edəcəklər, özü də təmtəraqlı şəkildə. Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il "son zəng" iyunun 14-də keçirilməli idi. Ancaq ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi nəzərə alınaraq mayın 31-dən təhsil ilinin başa çatacağı bildirilir. Şübhəsiz ki, paytaxt ərazisində təşkil olunacaq "son zəng" tədbirlərində təhlükəsizlik tam təmin olunacaq. Yəqin ki, yaxın günlərdə Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsindən bu barədə rəsmi açıqlama gələcək. Ötən illərin təcrübəsinə görə, Təhsil Nazirliyi bütün müəssisə rəhbərlərinə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tapşırır. "Son zəng"i şagirdlər yalnız məktəb çərçivəsində keçirirlər. Maksimum dərəcədə tədbirin kənarda keçirilməsinə, kütləvi yerlərə axın edilməsinə imkan yaradılmır. Amma belə bir şey olarsa təhsil müəsisələri məsuliyyət daşıyır. Deməli, şagirdlərin həvəslə qeyd edəcəkləri "son zəng" ə saylı günlər qalıb. Elə bu səbədən də məktəblərdə canlanma müşahidə olunur ki, bu da valideyinlərin canına əməlli-başlı vəlvələ salıb. Yeri gəlmişkən xatırladaq ki, artıq bir neçə ildir ki, dənizkənarı bilvarda, restoran-kefelərdə deyil, orta məktəblərin binalarında qeyd olunan bu bayramın valideynlərə baha başa gəldiyi hamıya bəllidir. Maraqlıdır, təxminən üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçirilən tədbir məzunlara necəyə başa gəlir? Etiraf edək ki, Təhsil Nazirliyi hər nə qədər iddia etsə belə, bu gün məktəblərdə yığılan rüşvətin həcmi kiçik hesab olunmur. Xüsusən də "son zəng"lə bağlı yığım kampaniyası daha ağır formada təzahür edir. Yeri gəlmişkən qeyd edək ki, son illərdə Təhsil Nazirliyindən qadağalaraın sayının artmasi ilə paralel xərclərin həcminin də artması müşahidə olunur. Üstəlik son illər XI sinfi bitirənlər bu hadisəni xüsusi təmtəraq və təntənə ilə qeyd etməyə çalışırlar. "Son zəng"in qeyd edilməsi orta məktəb məzunlarına elə-belə başa gəlmir və onlar müxtəlif məbləğdə pul xərcləməli olurlar. Bununla bağlı Bakıdakı bir neçə orta məktəbin XI sinfini bitirən məzunlarla söhbət edərək onlardan "son zəng"ə nə qədər pul xərcləyəcəklərini öyrənməyə çalışdıq. Suallarımıza cavab verərkən öz adlarını və soyadlarını gizlədən məzunlar, həm də oxuduqları məktəblərin nömrəsinin qeyd edilməsini istəməyiblər. Bunun səbəb kimi sonradan onlar üçün müəyyən problemlərin yarana biləcəyini göstəriblər. Buna baxmayaraq, kişik bir araşdırma zamanı "son zəng"ə xərclənən vəsaitin bir qismini öyrənə bildik. Məsələn, öyrənə bildik ki, paytaxt məktəblərinin bir neçəsində direktora 40 manatlıq hədiyyə, 20 manatlıq gül dəstəsi, sinif rəhbərinə isə 15 manatlıq gül dəstəsi almaq nəzərdə trutulur. Bundan başqa, müəllimlər üçün sinfin birlikdə alacağı hədiyyəyə görə daha 10 manat əlavə olunacaq. Məzun məktəbdə təşkil olunacaq tədbir üçün 50 manat, tədbirin videokamera ilə çəkilişinə görə 25 manat, sintizator üçün 20 manat, xüsusi olaraq "son zəng" üçün geynicəyi paltar üçün isə 40 manat xərcləməlidir. Onu da qeyd edək ki, artıq məzunlar üçün xüsusi paltarın alınması ənənə halını alıb. Belə ki, məktəb rəhbərliyi tərəfindən hər on birinci sinif şagirdləri üçün xüsusi geyim gorması sifariş verilir. Hansı ki, on bir il ərzində direktor Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş məktəbli formasını şagirdlərə aldırmaqda ciddi problemlə üzləşir. Bundan başqa, hər bir şagurd məzun venetkası üçün 60-70 manat xərc çəkməlidir. Artıq mayın 1-dən şəhərin müxtəlif görkəmli yerlərində bu məqsədlə fotosessiyaların şəkilişinə start verilib. Hər bir on birinci sinif şagirdi birinci sinfi bitirənə 20-50 manat dəyərində hədiyyə almalıdır. Beləliklə, hər bir şagird "son zəng" üçün 250-300 manat ödəmək məcburiyətində qalır. Onu da qeyd edək ki, son zəng günü məzunların xərcləyəcəkləri vəsaitin məbləği onların harada yaşamalarından asılıdır. Göstərilən məbləğlər paytaxtın mərkəzində yaşayan məzunlar üçün artır, şəhərətrafı qəsəbələrdə isə azalır. Təbii ki, bu qədər vəsaitin xərclənməsi həm şagirdlərin istəyi, həm də onların müəllimlərinin tələbi ilə bağlıdır. Çünki hər bir məzun tədris ilinin sonunda yuxarıda sadaladığımız şeyləri almağa məcburdurlar. Əks təqdirdə, onlar üçün bir sıra problemlər yarana bilər ki, onların da müəllifi elə müəllimlər və direktorlardır. Təhsil Nazirliyi isə bununla bağlı deyilənləri hər il qulaqardına vuraraq əhəmiyyət vermir. Məsələn, nazirlik maraqlanmır ki, 30 şagirdin sintizator, yaxud videoçəkiliş üçün ödədiyi məbləğ doğrudanmı ünvanına çatır. Yəni, doğrudanmı sintizator şalana 600, video çəkənə 750 manat pul ödənilir? Təbii ki, belə bir hal mümkün ola bilməz. Yeri gəlmişkən, məzunlar onu da bildiriblər ki, onları direktor və müəllimlər üçün hədiyyə almağa heç kim məcbur etmir, sadəcə bu, artıq adət-ənənəyə çevirilib. Bu zərəli "adət-ənənənin" aradan qaldırmaq məsuliyyəti isə heç şübhəsiz ki, aidiyyatı qurumların üzərinə düşür.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00