Yol-nəqliyyat qəzalarına qarşı mübarizə layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsinin icrasına başlanıb. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanın magistral və mərkəzi avtomabil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiə edib yol hərəkət qaydalarını pozan sürücülərə qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək verməkdir. Layihə çərçivəsində həmçinin, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməktaşlıq edərək, onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və ehtiyacı olanlara müalicə və sosial bərpaetmə məsələlərinə hüquqi köməklik göstəriləçək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00