İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı

Mayin 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə ümumilli liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Sonra iatisadiyyat nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmlənməsi və iqtisadiyyatımızın inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, H.Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümumilli liderin sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün zəmin yaradıb. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, ümumilli lider hakimiyyətə qayıtdıqdan sonra ölkədə tez bir zamanda ciddi islahatlar aparıb: "İLk dəf olaraq özəlləşmə prosesini həyata keçirdi, ölkənin maliyyə-kredit siyasətini müəyyən etdi. Prezident İlham Əliyevin sayəsində isə Azərbaycan modern bir ölkəyə çevrildi". Daha sonra KİV nümayəndələri arasında təşkil edilən "Heydər Əliyev və sahibkarlığın inkişafı" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətinin hərbəri Akif Əliyev bildirb ki, müsabiqəyə 48 kiv tərəfindən 69 yazı təqdim edilib. Qərara alınıb ki, müsabiqədə iştirak edən media nümayəndələrinin hamısı mükafatlandırılsın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00