Ucarda keçirilən iməcilikdə 1500 ağac əkilib
10 May 2016 17:23 SosialUcarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində mayın 10-da ümumrayon iməciliyi keçirilib. Ümumrayon iməciliyinin iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Sonra şəhərin Heydər Əliyev prospektində və ictimai yaşayış binalarının ərazisində, Göyçay-Ucar avtomobil yolunun Ucara giriş hissəsinin ətrafında, 20 Yanvar, M.Ə.Rəsulzadə və 28 May küçələrində 1500 ədəd müxtəlif növ ağac tingi əkilib. Ümumrayon iməciliyində 600 nəfər iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00