Kürdəmirdə keçirilən ağacəkmə kampaniyasında 3000-dən çox rayon sakini iştirak edib
10 May 2016 17:19 SosialKürdəmirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Aksiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsini ziyarət ediblər. Kampaniyada 3000 nəfərdən çox rayon sakini iştirak edib. Şəhərin küçə və parklarında, yol kənarlarında 7000-dən çox müxtəlif növ ağac əkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00