Samuxda Ulu Öndərə həsr olunan aksiyada 3000 ağac, 15000 gül kolu əkilib
10 May 2016 17:17 SosialSamux rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. İlk olaraq tədbir iştirakçıları Heydər parkında azərbaycançılıq məfkurəsinin yaradıcısı, dahi rəhbər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini anıblar. Daha sonra tədbir ağacəkmə kampaniyası ilə davam etdirilib. Aksiyada Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, təşkilat və müəssisələrin işçiləri, gənclər, məktəblilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiyanın ilk günündə rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd müxtəlif növ ağac və 15000 ədəd dekorativ gül kolu əkilib, ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00