Canavarlar kəndə hücum etdi - Azərbaycanda

Lerik rayonunda canavarlar kəndə hücum edib. Yerli sakinlərin APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun "40-cı kilometr" deyilən yaşayış məntəqəsində qeydə alınıb. Kəndə soxulan yırtıcı heyvanlar İnqilab Şahbazova məxsus fərdi təsərrüfatdakı qoyunlardan 8-ni parçalayıb. Kənd sakinlərinin sözlərinə görə, ərazidə əvvəllər də analoji hadisə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00