Heydər Əliyevin 93-cü ildönümü
10 May 2016 16:34 SosialMayın 10-da İstanbul Sarıyerdə Heydər Əliyevin abidəsinin ucaldığı eyni adlı meydanda ümummiĺli liderin anadan olmasının 93- cü ildönümü təntənəli şəkildə geyd edilib.Öncə dahi liderin abidəsinə əklillər və çiçəklər qoyulub. Mərasim Azərbaycan və Türkiyənin himnlərinin səslənməsiylə başlayıb. Tədbiri Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev açıb. Sonra millət vəkili Səttar Mehbalıyev çıxış edərək böyük öndərin ölkəmiz və türk dünyası üçün etdiyi müstəsna xidmətlərdən danışıb. Mərasimdə Marmara Qrupu başkanı Levent Gürsoy və Türkiyə Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Səfər Karakoyunlu Heydər Əliyevin şəxsiyyətini böyüklüyündən və dahiliyindən danışıblar. Mərasimdə Hərbi Akademiya dinləyiciləri, Ali Hərbi Məktəb kursantları İstanbuldakı Azərbaycan icmasının bir çox üzvü, elm, incəsənət xadimləri və siyasətçilər iştirak ediblər.