Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 2016 14:08 SosialMüdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib. Nazirlikdən verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00