Bakıda Rusiya vətəndaşı qəza törədib, 1 nəfər ölüb

Bakıda Rusiya vətəndaşı qəza törədib, 1 nəfər ölüb.  DİN-in saytının verdiyi məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Şirxan Süleymanovun idarə etdiyi "Kia" və Rusiya Federasiyası vətəndaşı Absalutdin Qasanbekovun idarə etdiyi "Volvo" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Süleymanovun sərnişini, paytaxt sakini Fərhad Kamilov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00