Beynəlxalq şirkətin adından saxta sənəd hazırladı və...
10 May 2016 13:52 SosialBakıda beynəlxalq şirkətin adından istifadə edərək kredit götürən şəxslə bağlı cinayət işi açılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Qurbanov 2014-cü ilin avqust ayında "NBC Bank"ın Xətai filialına kredit üçün müraciət edib. O, "Caspian Support Solutions Services" LTD şirkətinə aid saxta arayış təqdim edərək 2 min manat kredit götürüb və bu günə kimi heç bir ödəniş etməyib. Saxta arayışda V.Qurbanovun həmin şirkətdə işlədiyi qeyd olunub. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb.