Muğanın inkişaf və quruculuq məkanı

Öz xərcini özü ödəyən rayon

Əsası 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş İmişli rayonu tarixin müxtəlif mərhələlərinin sınağından uğurla çıxa bilib. Məhz bu uğurlu inkişafın nəticəsi olaraq 1944-cü ildə İmişli kəndinə şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər stаtusu vеrilmişdir. İmişli sözünün tarixi haqqında dəqiq məlumat olmasa da, onun adının qədimdə həmin ərazidə yaşamış "İmaşlı" tayfasının adından götürülərək sonradan İmişli kimi formalaşması versiyası məlumdur. Rayon mərkəzi olduqdan sonra İmişli daha da genişlənmiş və 1983-cü ildə rayon tabeli şəhər statusu almışdır. Hazırda rаyоnun ərаzisi 1890 kv.km, əhаlisi 117,2 min nəfərdir. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаrdır. Аzərbаycаn хаlqının ümummilli lidеri Hеydər Əliyеvin rеspublikаyа birinci rəhbərliyi dövründə ölkənin digər bölgələri kimi İmişli rаyоnunun, хüsusilə rаyоn mərkəzinin simаsı bаşdаn-bаşа dəyişmiş, аbаd şəhərlərdən birinə çеvrilmişdir. Bu dövrdə İmişli rаyоnu ərаzisindəki tоrpаqlаrdа gеniş miqyаslı mеliоrаsiyа işləri аpаrılmış, suvаrmа şəbəkələri yеnidən qurulmuş, 10 min hеktаrlаrlа yеni suvаrılаn tоrpаqlаr istifаdəyə vеrilmiş, kənd təsərrüfаtı məhsullаrı istеhsаlı sürətlə inkişаf еtmişdir. Məkan və coğrafi baxımdan bərəkətli və məhsuldar torpağı ilə fərqlənən İmişli rayonu Azərbaycan müstəqillik əldə etdikdən sonra öz imkanlarını yeni dövrün tələblərinə uyğun qurmağa bacardı. Belə ki, bütünlüklə kənd təsərrüfatı rayonu kimi mövcud olan və bütün təsərrüfat subyektləri bu istiqamətdə fəaliyyət göstərən İmişli rayonu həm də sənaye sektorunun inkişafı ilə diqqəti çəkməyə başladı. Beləliklə rayonda kənd təsərrüfatı ilə sənayenin vəhdəti təmin olundu. Nəticədə bu paralellik rayonda sahibkarlığın inkişafı, biznes mühitinin firmalaşması, yeni iş yerlərinin açılması və əhalinin maddi durumunun yaxşılaşdırılması üçün yeni imkanlar yaratdı. Təbii ki, bütün bunların kökündə prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və iqtisadi baxımdan əsaslandırılmış dövlət proqramları durur.

İnkişafın özəl modeli- özünümaliyyələşməyə aparan yol

Hazırda Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də İmişli rayonudur. Ötən müddət ərzində özünün yüksəliş dövrünü yaşayan İmişlinin bu gün Muğanın inkişaf və quruculuq mərkəzinə çevrildiyi göz önündədir. Son dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək İmişlidə çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlayıb. Eləcə də mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Yeni səhiyyə və təhsil müəssisələri, infrastruktur obyektləri, inzibati binalar istifadəyə verilib, yollar, parklar yenidən qurulub. Birmənalı şəkildə etiraf etmək lazımdır ki, bu gün biznes və sənaye bölgəsinə çevrilən, üstəlik də hər gün yeniləşən, abadlaşan İmişlidə təkcə zahiri görkəm deyil, həm də insanların özünün Azərbaycana, bütöv dünyaya baxışı yeniləşir, təzələnir. Etiraf edilməlidir ki, İmişlidə köklü dəyişikliklərin baş verməsi ölkə prezidentinin diqqət və qayğısı ilə yanaşı, həm də rayon rəhbərliyinin işgüzarlığının, peşəkarlığının bəhrəsidir. Elə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin 2016-cü ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsindən də məlum olur ki, ötən il qazanılan uğurların nəticəsində rayonun sosial-iqtisadi durumu xeyli yüksəlib. Ən əsası isə 2014-cü ildən başlayaraq İmişli rayonu öz xərclərini birmənalı şəkildə özü ödəyir və artıq bu rayon dövlət datasiyasından asılı deyildi. Buna baxmayaraq yerli gəlirlər və bu gəlirlərin səmərəli və təyinatı üzrə istifadəsi nəticəsində İmişli rayonu böyük iqtisadi uğurlara imza atıb. Belə ki, rayon rəhbərliyi tərəfindən görülmüş qətiyyətli və ciddi tədbirlər nəticəsində İmişlidə inkişafın özəl moldeli yaradılıb. Qətiyyətlə demək olar ki, hazırda özünümaliyyəlşdirmə modeli digər rayon və şəhərlər üçün nümunəyə çevrilib. Bir sıra rayonların dövlət büdcəsindən ayrılan dotasiya hesabına görə bilmədiyi sosialyönümlü layihələr İmişli rayonunda gündəlik həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, İmişli rayonu cari ilin birinci rübü ərzində aparılan abadlıq işlərinin miqyasına görə də diqqəti cəlb edib. Təbii ki, görülən işlərin ümumi mənzərəsi ondan xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı və onun komandası ortaya konkret fəaliyyət proqramı qoyub və həmin proqram əsasında da uğurlu nəticələrə imza atılıb.

Yüksəliş dövrünü yaşayan rayon

Vaxtilə respublikanın əksər rayonlarının bir saylı problemi hesab olunan yol infrastrukturunun salınması İmişli rayonundan da yan keçməmişdi. Artıq demək olar ki, bu problem arxada qalıb. Əhalinin ən çox istifadə etdiyi İmişli-Bəhrəmtəpə yolu, eləcə də İmişli-Qaravəlli-Mirili avtomobil yolu təmir edilib istifadəyə verilib. Bununla da uzunluğu 12 kilometr olan avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb. Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün məhdudiyyətlər aradan qaldırılıb, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulub. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaldıb. Uzun illər qınaq obyekti olan İmişli rayonunun giriş və çıxış yollarındakı bərbad vəziyyətdən artıq əsər-əlamət qalmayıb. Həmçinin rayon ərazisindən keçən dövlət əhəmiyyətli magistralın, yəni Hacıqabul-Bəhrəmtəpə yolunun 40 km-lik hissəsinin təmir işləri yüksək səviyyədə başa çatdırılıb. Eləcə də rayonun bir neçə böyük kəndini birləşdirən yollar təmir olunub. Yolların təmir və bərpası, yenidən çəkilməsi işi bu gün də uğurla davam etdirilir. Maraqlı məqam ondan ibarətdir ki, rayonun yol infrastrukturunun salınması prosesinə respublika səviyyəli mütəxəssilərlə yanaşı, yerli kadrlar da cəlb olunur. Bu isə tikilən yolların həm keyfiyyətli, həm də uzunömürlü olmasına təminat vermiş olur. Başqa sözlə, qarşılıqlı təcrübə iş əmsalı ilə yanaşı, işin keyfiyyətinə də öz təsirini göstərir. Bu gün İmişli rayonunda yolla bağlı görülən işlər arasında şəhərin M.Müşfiq və Q.İsmayılzadə küçələrinə asfalt örtüyün salınması, şəhər ərazisinə, yəni şəhərin giriş-çıxışına aid olan hissələrdə asfaltlanmanını aparılması, eləcə də İmişli dolama yolunun 8 km-nə asfalt betonun döşənməsi bütövlükdə şəhərin giriş-çıxışında 7 km sahənin tam təmiri birinci rübdə görülən işlərin çox az bir hissəsidir. Təbii ki, təkcə magistralların, kənd və şəhərarası yolların deyil, həm də küçə və səkilərin də yenidən qurulması, onların abadlaşdırılması işi də İmişli şəhərində xüsusilə diqqət mərkəzində dayanır. Xüsusilə kanalizasiya və yağış sularının axıdılması üçün xüsusi novların çəkilməsi burada diqqət mərkəzində olan işlərdən biridir. Rayon mərkəzində müasir bir mənzərənin yaradılması, yəni salınan park və istirahət zolaqlarının həm dizaynı, həm də buradakı qurğuların, yaşıllıqların yetərincə olması zövq oxşayır. Əkilən ağaclapr və gül kolları həmin parklara və istirahət guşələrinə sanki əlavə bir gözəllik bəxş edir. Hazırda isə Hacıqabul-Bəhrəmtəpə-Horadiz Magistral avtomobil yolunun əsaslı təmir olunması nəzərdə tutulur. İmişli rayonu emal-sənaye müəssisələrinin inkişafı baxımından da öndə gedir. Təsadüfi deyil ki, rayonda istehsal olunan məhsullar Rusiya, Belarusiya, Qazaxıstan və digər ölkələrin bazarlarına çıxarılır. Bu müəssisələrdə çoxlu sayda İmişli sakini çalışır. Bu isə o deməkdir ki, rayonda məşğulluq problemi ümumi göstəricilər baxımından minimuma endirilib. Məlumat üçün qeyd edək ki, rayonda orta aylıq əmək haqqı 430 manat təşkil edən, 850 nəfər işçinin çalışdığı, sutkalıq istehsal gücü 1000 ton olan İmişli Şəkər zavodu fəaliyyət göstərir. Bundan başqa, rayonda Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Bitki yağları zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Qarışıq yem zavodu, "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu, İmişli Broyler-Quşçuluq Məhdud Məsuliyyətli Cəmiyyəti , Muradxanlı İriləşdirilmiş Neft Mədəni, İmişli Lokomotiv deposu, Bəhrəmtəpə Dəmir-beton zavodu, İmişli Dəmir-beton Açıq Səhmdar Cəmiyyəti, "ORİON-E" Məhdud Məsuliyyətli Cəmiyyəti uğurlu fəaliyyətini davam etdirir. Hazırda rayonda 50 min tonluq taxıl anbarının, "Araz" Damazlıq Quşçuluq MMC, İmişli Şəkər zavodunun nəzdində Kəllə qənd zavodunun tikinti və tamamlama işlərinin başa çatdırılması istiqamətində iş aparılır.

Sosial problemlərdən qurtulmaq nümunəsi

Hal-hazırda İmişlinin elə bir kəndi, yaşayış məntəqəsi yoxdur ki, orada rabitə, işıq, yol məsələləri diqqətdən kənarda qalsın. Yəni, həm rayon rəhbərliyi, həm də Azərbaycan prezidenti İlham Əliyev ən ucqar yaşayış məskənlərimizin belə abadlaşması, müasirləşməsi üçün gərəkli olan bütün tədbirlərin görülməsi naminə ciddi addımlar atırlar. Elə bunun nəticəsidir ki, indi ölkəmizin hər yerində olduğu kim, İmişlidə də müasir rabitə müəssisələrinin tikintisi həll olunmaq üzrədir. Birmənalı şəkildə demək olar ki, İmişlinin kənd və qəsəbələrində qurulan yeni ATS-lər, onların müasir avadanlıqlarla təminatı, həmçinin qaz və su probleminin çözümü rayon rəhbərliyinin şəxsi nəzarəti altındadır. Məhz belə fəaliyyətin nəticəsidir ki, bu gün İmişlidə səhiyyə, təhsil, mədəniyyət məsələləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Həm Heydər Əliyev Fondunun maliyyə yardımı və dəstəyi, həm də yerli imkanlar hesabına İmişlidə müasir məktəblərin tikintisi işi ardıcıl həyata keçirilir. Təhsilə göstərilən bu diqqət və qayğının nəticəsidir ki, son illər İmişli məzunlarının ali məktəblərə qəbul məsələlərində müsbət dəyişikliklər baş verir. Bu gün İmişlidə səhiyyə məsələləri də uğurla həll olunmaqdadır. İstər rayon xəstəxanalarının, istərsə də poliklinikaların müasir tibbi avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılır. Məhz bu səbəbdən də respublikanın digər bölgələri ilə müqayisədə İmişlidə səhhəti ilə bağlı paytaxta müraciət edənlərin faiz göstəricisi aşağı düşüb. Yəni, rayon sakinləri öz həkimlərinə, öz səhiyyə ocaqlarına getdikcə daha çox inanır və güvənirlər. Çünki artıq İmişlidə də müasir avadanlıqlar və ondan peşəkarcasına istifadə edən tibbi personal mövcuddur. Deməli, Azərbaycan səhiyyəsinin bir qanadı olan İmişli səhiyyəsi də üzərinə düşən vəzifənin öhdəsindən gəlməkdədir.

Alternativ gəlir mənbələri

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslnda rayon icra başçılarına tövsiyyə etmişdi ki, ölkənin ümumi inkişafına nail olmaq məqsədilə xarici investorların cəlb edilməsinə xüsusi diqqət yetirilsin. Məhz dövlət başçısının bu tövsiyyəsi İmişli rayon icra hakimiyyəti tərəfindən proqram xarakteri alıb. Belə ki, İmişli rayon icra hakimiyyətinin başçısı və onun komandası rayonun cari və perspektiv inkişaf planlarını hazırlayarkən təkcə yerli imkanlar deyil, eləcə də xarici şirkətlərin köməyi nəzərə alınır. Yəni tikiləcək zavodlar, açılacaq emal müəsisələri bu gün layihə olsa da, artıq bu layihələr ölkə hüdudlarından kənarda fəaliyyət göstərən müxtəlif şirkətlərin diqqətini özünə çəkə bilib. Məsələn, İmişlidə alternativ enerji mənbələrinin, yəni "Günəş", "Bioenerji" və "Şüşə" zavodlarının tikintisi üzrə imişlilər belçikalılarla artıq dövlət səviyyəsində danışıqlar aparırlar. Sadalanan faktlar deməyə əsas verir ki, rayonun elə bir sahəsi yoxdur ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin diqqətindən kənarda qalsın. Bu isə o deməkdir ki, bu gün İmişlidə Azərbaycan prezidentinin işgüzar, məsuliyyətli və real vəziyyəti qiymətləndirməyi bacaran nümayəndələri fəaliyyət göstərir. Onlar da öz növbələrində təkcə rayon mərkəzində deyil, eləcə də rayonun digər yaşayış massivlərində həm günün, həm də gələcəyin problemlərinin çözümünə çalışırlar. Görülən işlər və qarşıya qoyulan hədəflər deməyə əsas verir ki, Mil və Muğan düzlərinin kəsişməsində qərar tutmuş İmişlinin yaxın onilliklər üçün möhtəşəm bir şəhərə, daha dəqiq Avropanın paytaxt şəhərlərindən birinə çevriləcəyi şübhə doğurmur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00