Yol qəzasında vəfat etmiş şəxsin ailəsinə kompensasiya verilib
25 Aprel 2016 18:16 Sosialİcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib. Bürodan "APA-Economics"ə verilən məlumata görə, İSB tərəfindən 16 İyul 2013-cü il tarixində, saat 17:00 radələrində, Zərdab-Ağdaş avtomobil yolunun 18-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində, ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00