Binəqədidə hesabat yığıncağı keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə,  iclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasının artıq son illər tendensiya halına düşərək uğurlu nəticələrini verməkdə olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı hesabat məruzəsi ilə çıxış edərək ölkə başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin 9 ayının da inkişaf və tərəqqi ilə başa vurulduğunu bildirib. Çıxışda qeyd edilib ki, hesabat dövründə  görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilib, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1888,0 min manat, nəqliyyat sektorunda 4435,6 min manat, rabitə sektorunda 90,8 min manat artım müşahidə olunub. 2015-ci il oktyabr ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3375 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31