Şəhid Ramiz Bayramovun barelyefinin açılışı olub

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, ASAN Xidmət Könüllüləri və "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qəhrəman ruhlu küçələr" adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbir çərçivəsində Binəqədi rayonu ərazisində 33 milli qəhrəman və şəhid adını daşıyan küçələrə həmin qəhrəmanlar haqqında bəhs edən lövhələr vurulub. Bundan başqa, Şuşa şəhərinin xilası uğrunda qəhrəmancasına həlak olmuş Ramiz Bayramovun barelyefinin açılış mərasimi olub. Barelyefin açılış mərasimi, lövhələrin vurulması və rayon ərazisində olan büst və barelyeflərin ziyarəti şəhid qohumlarının müşayiəti ilə keçirilib. Tədbirin sonunda gənclər Biləcəri qəsəbəsində yerləşən "Milli Qəhrəmanlar Parkı"nda yerləşən abidənin önünə gül qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31